15.5 C
Bolnisi
14.8 C
Rustavi
14.4 C
Marneuli
15.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeAna SəhifəTİKA-nın Gürcüstan nümayəndəliyi Bolnisiyə səfər edib

TİKA-nın Gürcüstan nümayəndəliyi Bolnisiyə səfər edib

Bu gün Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Gürcüstan nümayəndəliyinin rəhbəri Zeynəb xanım Bayraq Bolnisi şəhərində fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinə səfər edib.

Regionpress.ge xəbər verir ki, səfər çərçivəsində Zeynəb xanım mərkəzin əməkdaşları, yerli icma nümayəndələri və gənclərlə görüşüb. Görüşdə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin fəaliyyəti, regionda həyata keçirilən layihələr və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Tərəflər, xüsusilə mərkəzin maddi-texniki bazasının gücləndirilməsi, yerli gənclərin təhsil və sosial layihələri həyata keçirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Qonaq, TİKA-nın gələcəkdə də mərkəzin fəaliyyətinə dəstək verməyə hazır olduğunu bildirib.Görüş zamanı həmçinin, bölgədə yaşayan gənclərin inteqrasiyası və təhsilə çıxış imkanlarının artırılması kimi məsələlər də diqqət mərkəzində olub.

Qeyd edək ki, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi Bolnisi rayonunda fəaliyyət göstərən əsas hüquq və inteqrasiya təşkilatlarından biridir və müxtəlif sosial layihələrin həyata keçirilməsində fəal rol oynayır.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments