15.5 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeÖlkəBolnisidə Lelo-Güclü Gürcüstan partiyasının seçki plakatları cırılıb

Bolnisidə Lelo-Güclü Gürcüstan partiyasının seçki plakatları cırılıb

20 sentyabr gecə saatlarında Bolnisi rayonunun Kolayır kəndində “Lelo-Güclü Gürcüstan” partiyasının proporsional namizədi Nürəddin Nəbiyevin təbliğat məqsədilə yerləşdirilmiş şəkilləri zədələnib

Regionpress.ge xəbər verir ki, partiyanın Bolnisi üzrə proporsional siyahıdan 2-ci yerdə olan namizəd Nürəddin Nəbiyev regionpress-lə telefon danışığında bildirib ki, gecə saatlarında 10-dan artıq plakat tamamilə cırılaraq atılıb və ya ciddi zədələnib

Nəbiyev qeyd edib ki, şəkilləri kimin və ya kimlərin zədələdiyini bilmir məsələni diqqətdə saxlayacağını xüsusi qeyd edib

Qeyd edək ki, Gürcüstanda yerli özünüidarəetmə seçkiləri 4 oktyabr tarixində keçiriləcək. Seçkilərdə hakim “Gürcü Arzusu” partiyası ilə yanaşı, bir sıra müxalifət partiyaları da iştirak edir. Onların arasında “Lelo-Güclü Gürcüstan” və “Qaxaria–Gürcüstan naminə” partiyaları da yer alır

Qeyd edək ki, hakim “Gürcü arzusu” partiyasının Bolnisidən mer namizədi Zamur Çitanava, müxalifətdən isə “Lelo-Güclü Gürcüstan” partiyasının namizədi, Qoçulu kəndindən olan gənc Asəf Çiraqovdur

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments