Hazırda Tbilisidə “Gürcüstan üçün oyaq qalaq” şüarı ilə mitinq keçirilir. Mitinqin başladığı Parlamentin yaxınlığında yol bağlanıb.
Qeyd edək ki, mayın 13-də səhər saat 9:00-da hökumət “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirə edəcək. Vətəndaşlar “Avropaya bəli!”, “Rusiya qanunu yox”, “Yaşasın Gürcüstan” kimi şüarlar səsləndirirlər.
Parlament ətrafına çox sayda polis səfərbər olunub. Eyni zamanda, hüquq-mühafizə orqanlarının əməkdaşları etiraz aksiyasının başlamalı olduğu parlamentin giriş qapılarını dəmir barmaqlıqlarla möhkəmləndiriblər.


