17.1 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeÖlkə"ABŞ Konqresində Gürcüstanla bağlı son dinləmələr ölkəni aşağılamaq cəhdidir"

“ABŞ Konqresində Gürcüstanla bağlı son dinləmələr ölkəni aşağılamaq cəhdidir”

ABŞ Konqresində Gürcüstanla bağlı son dinləmələr ölkəni aşağılamaq cəhdidir.

Regionpress.ge məlumat verir ki, bu barədə ölkə parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

O qeyd edib ki, dünən Konqresdə Gürcüstan parlamentinin qəbul etdiyi “Xarici agentlər haqqında” qanun müzakirə edilib. Açıq Cəmiyyət Fondunun Avropaya inteqrasiya proqramının rəhbəri Vano Çxikvadze, Gürcüstanın Avropa İttifaqındakı missiyasının keçmiş rəhbəri Nataliya Sabanadze və ABŞ-nin Gürcüstandakı keçmiş səfiri Uilyam Kortni oraya dəvət olunublar.

“Təəssüf ki, biz Konqresdə anti-Gürcüstan bəyanatlar axını gördük və bu, çox üzücüdür. Seçkilər haqqında dezinformasiyaları görəndə, gürcü vətəndaşların xarici ölkədə öz vətənlərini necə aşağılamağa çalışdıqlarını görəndə çox məyus oluruq”, – Papuaşvili vurğulayıb.

Onun sözlərinə görə, parlament seçkilərində əhali müstəqil və vassal dövlət arasında seçim edəcək.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments