Çempionlar Liqasının dördüncü turunun ikinci oyun gününün nəticələri məlum olub. Regionpress.ge Gazeta.ru-ya istinadən xəbər verir ki, noyabrın 6-da bir oyun keçirilib — Türkiyənin “Beşiktaş” klubu İsveçin “Malmö” klubunu 2:1 hesabı ilə məğlub edib.
Noyabrın 7-də daha 17 oyun keçirilib. Macarıstanın “Ferentsvaroş” (4:0 “Dinamo Kiyev”ə qarşı) və Niderlandın “Ayaks” (5:0 “Makkabi Tel-Əviv”ə qarşı) komandaları inamlı qələbələr qazanıblar.
Almaniyanın “Ayntraxt” (1:0 “Slaviya”ya qarşı), Azərbaycanın “Qarabağ” (2:1 “Bude-Qlimt”ə qarşı), Türkiyənin “Qalatasaray” (3:2 “Tottenhem”ə qarşı), İspaniyanın “Atletik” (2:1 “Ludoqorets”ə qarşı), Rumıniyanın “Styaua” (2:0 “Midtyulland”a qarşı), Niderlandın “AZ Alkmaar” (3:1 “Fənərbaxça”ya qarşı), Çexiyanın “Viktoriya” (2:1 “Real Sosyedad”a qarşı), İtaliyanın “Latsio” (2:1 “Portu”ya qarşı) və İngiltərənin “Mançester Yunayted” (2:0 PAOK-a qarşı) komandaları da rəqiblərini məğlub ediblər.
Daha altı oyun isə heç-heçə ilə başa çatıb. Fransanın “Nitsa” komandası Niderlandın “Tvente”si ilə (2:2), Yunanıstanın “Olimpiakos”u Şotlandiyanın “Reyncers”i ilə (1:1), İsveçin “Elfsborq”u Portuqaliyanın “Braqa”sı ilə (1:1), Belçikanın “Union” komandası İtaliyanın “Roma”sı ilə (1:1), Latviyanın “RFŞ” komandası Belçikanın “Anderlext”i ilə (1:1) və Almaniyanın “Hoffenhaym” komandası Fransanın “Lion”u ilə (2:2) xal bölüşüblər.


