Aİ liderləri noyabrın 8-də keçiriləcək qeyri-rəsmi sammitdə Gürcüstanla münasibətlərdə növbəti addımları müəyyən edəcəklər.
Regionpress.ge xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel X hesabında bildirib.
“Gürcüstanda keçirilən parlament seçkilərindən sonra mən Gürcüstanı Aİ-nin Budapeştdə keçiriləcək qeyri-rəsmi sammitinin gündəliyinə daxil etmək niyyətindəyəm. Aİ-nin noyabr sammiti vəziyyəti dəyərləndirəcək və Gürcüstanla münasibətlərimizdə növbəti addımları müəyyən edəcək”, – Mişel vurğulayıb.


