17.5 C
Bolnisi
21.8 C
Rustavi
21.4 C
Marneuli
22.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeDünyaAvropada çoxlu sayda Gürcüstan vətəndaşı saxlanılıb 

Avropada çoxlu sayda Gürcüstan vətəndaşı saxlanılıb 

Almaniyada keçirilən xüsusi əməliyyat nəticəsində oğurluq və qarət ittihamı ilə 12 nəfər Gürcüstan vətəndaşı saxlanılıb.

Regionpress.ge xəbər verir ki, bu haqda Almaniya mediaları məlumat yayıb.

Məlumatlara görə, oğurlanmış əşyaları saxlayan şəxslər Gürcüstan və İtaliyaya göndərirdilər. Xüsusi əməliyyat Almaniyanın üç şəhərində – Baden-Vürtemberqdə, Hamburqda və Berlində keçirilib. Polis altı fərqli obyektə baxış keçirib.

Alman mediasının məlumatına görə, Gürcüstan vətəndaşları – ikisi kişi və biri qadın, yaşları 27-dən 54-ə qədər dəyişən şəxslər Almaniyada bir qrup yaradıb, oğurlanmış əşyaları digər gürcülərdən qəbul edərək onları İtaliya və Gürcüstana göndırirlərmiş.

Reydlər iki yaşayış evinə, üç anbara və bir başqa obyektdə keçirilib. Polis müxtəlif dəlillər götürüb. Xüsusi əməliyyatda təxminən 200 polis iştirak edib.

İstintaqın məlumatına görə, iş üzrə araşdırma 2022-ci ilin fevralında Bavariyada başlayıb. Saxlanılanlar Bavariya ərazisində oğurluq və qarətdə ittiham olunurlar. İstintaqın məlumatına görə, əsas şübhəli 54 yaşlı Gürcüstan vətəndaşıdır, o, bir gürcü poçt şirkətinin podratçısıdır.

İstintaqa əsasən, həmin şəxs Almaniyadan Gürcüstana bağlamaların göndərilməsinə cavabdeh olub. 2023-cü ilin martından o, qarət olunmuş əşyaları Gürcüstana icarəyə götürülmüş yük maşını ilə göndərib. Oğurlanan əşyalar arasında velosipedlər, mobil telefonlar, müxtəlif növ elektronika, geyimlər, alkoqollu içkilər, ətirlər və kosmetik məhsullar var.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments