Güclü qar səbəbindən Tbilisi-Senaki-Leselidze beynəlxalq əhəmiyyətli yolunun 133-162-ci km-də (Surami-Borti yol qovşağı) qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Bu barədə Avtomobil Yolları Departamentinin mətbuat xidməti məlumat verib.
Regionpress.ge xəbər verir ki, digər nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir. Yolun digər hissələrində hərəkət adi rejimdə davam edir.
Sinoptiklərin proqnozlarına görə, dekabrın 19-dək Gürcüstanın əksər ərazilərində qar yağacağı, dağlıq ərazilərdə isə çovğun olacağı gözlənilir. Qar uçqunu ehtimalı yüksəkdir.
Dənizdə dörd-altı bal gücündə fırtına gözlənilir.


