“Azərbaycan Evi” və “QANUN” Hüquqi Yardım Mərkəzi arasında Memoranduma əsasən, noyabr ayında vətəndaşların hüquqi problemləri ilə bağlı 7-ci qəbul həyata keçirilib.
Regionpress.ge xəbər verir ki, qəbulda mərkəzin rəhbəri, vəkil Əli Bədirov və hüquqşünas Şamil Şamilov tərəfindən 12 nəfər Marneuli və ətraf kəndlərdən olan sakinlər qəbul edilib. Vətəndaşlara məhkəmə proseslərinin tezləşdirilməsi, aliment, vərəsəlik, mülkiyyət, ailə zorakılığı və digər hüquqi məsələlərlə bağlı yardım göstərilib. Lazımi ərizələr yazılaraq aidiyyəti dövlət qurumlarına və elektron ünvanlara göndərilib.
Qəbul günləri davam edir. Əlaqə nömrəsi: +995 599 10 96 90.


