Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə 9-10 noyabr 2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsi məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürülüb.
Ulu Öndər Heydər Əliyevə məxsus olan bu ideya Azərbaycan diasporunun formalaşdırılması prosesini sürətləndirməyə xidmət edirdi.
2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev «Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında» Fərman imzalayıb.
Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb.


