17.2 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeSiyasətBaş nazir bu gün parlamentdə illik hesabatı ilə çıxış edəcək

Baş nazir bu gün parlamentdə illik hesabatı ilə çıxış edəcək

Gürcüstanın baş naziri İrakli Kobaxidze bu gün yaz sessiyasının sonuncu plenar iclasında hökumət proqramının icrası ilə bağlı parlament qarşısında hesabat verəcək .

Regionpress.ge məlumat verir ki, Milli Məclisin plenar iclası saat 12:00-da başlayacaq.

Baş nazir Kobaxidzenin sözlərinə görə, hesabat ölkənin inkişafının bütün sahələrini əhatə edir.

“Bu, Gürcüstan hökumətinin fəaliyyətinin illik hesabatıdır. Fevralda hesabatım, gələcək planlarım haqqında söhbətim oldu. Ona görə də, mahiyyət etibarı ilə təqdim edəcəyim bu hesabat ötən dörd ay yarım ərzində həyata keçirilən tədbirləri əhatə edəcək və bizim ümumi söhbətimiz, o cümlədən gələcək planlarımız olacaq, baxmayaraq ki, seçki kampaniyası dövründə gələcək planlar haqqındadaha ətraflı şəkildə söhbətimiz olacaq”, – İrakli Kobaxidze bildirib.

Xatırladaq ki, artıq hökumət proqramının icrası ilə bağlı hesabat yazılı formada təqdim olunub. Sənəd 2023-cü ilin iyunundan 2024-cü ilin mayına qədər olan dövrü əhatə edir.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments