18.8 C
Bolnisi
15.8 C
Rustavi
15.4 C
Marneuli
16.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeÖlkəBaş nazirin müavini: Sanksiyaların tətbiqi ABŞ-nin səhvidir

Baş nazirin müavini: Sanksiyaların tətbiqi ABŞ-nin səhvidir

ABŞ-nin Gürcüstan rəhbərliyinin məmurlarına sanksiyalar tətbiq etməsi yanlışdır.

Bu sözləri Gürcüstanın baş nazirinin müavini, mədəniyyət və idman naziri Teya Tsulukiani “İmedi” telekanalının efirində səsləndirib.

“Bu, ABŞ-nin öz strateji tərəfdaşlarına münasibətdə etdiyi başqa bir səhvdir və yəqin ki, ilk səhv deyil. Biz bir başqa yanlışlara yol veriləcəyinə güman etməliyik”, – o deyib.

Siyasətçi əlavə edib ki, Gürcüstan hökuməti ABŞ üçün problem yaradır. Baş nazirin müavini iddia edib ki, Vaşinqton Tbilisidəki “inqilabı maliyyələşdirir”:

“Əslində, hökumətimiz bəziləri üçün problemdir, ancaq bu hökumət heç vaxt, heç bir sahədə bu strateji tərəfdaşlığa qarşı addım atmayıb. Biz bu strateji tərəfdaşlığa sadiq qalacağıq və dostumuzun, Amerikada olan o qrupların bizimlə mehribancasına danışmağa və inqilabı maliyyələşdirməkdən imtina etməyə qərar verəcəyi günü səbirsizliklə gözləyirik”.

Xatırladaq ki, iyunun 6-da ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller daha onlarla Gürcüstan vətəndaşına, o cümlədən hökumət, parlament üzvləri və onların qohumlarına viza sanksiyalarının tətbiq edildiyini açıqlayıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments