Beynəlxalq Ədalət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə order verib.
Regionpress.ge xəbər verir ki, İsrailin keçmiş müdafiə naziri Yoav Qalanti və Həmas lideri Məhəmməd Deif üçün də həbs orderləri verilib.
Lakin məhkəmə İsrailin yurisdiksiyasının olmaması ilə bağlı arqumentlərini rədd edib. Beynəlxalq Ədalət Məhkəməsinin fikrincə, Netanyahu və Qalantın onun yurisdiksiyasında müharibə cinayətləri təşkil edəcək əməllərdə iştirak etdiyinə “inanmaq üçün ağlabatan əsaslar” var.
Beynəlxalq Ədalət Məhkəməsinin üzvü olmayan İsrail məhkəmənin səlahiyyətlərini davamlı olaraq rədd edir və onun İsrailə qarşı siyasi qərəzli olduğunu iddia edir.


