13.6 C
Bolnisi
14.8 C
Rustavi
14.4 C
Marneuli
15.1 C
Gardabani
Cümə, Aprel 24, 2026
HomeÖlkəBolnisidə qəzaya uğrayan təyyarə ilə bağlı istintaq başa çatdı-Cinayət işi başlanıb

Bolnisidə qəzaya uğrayan təyyarə ilə bağlı istintaq başa çatdı-Cinayət işi başlanıb

Bolnisi rayonu ərazisində onlara məxsus Su-25 təyyarəsinin qəzaya uğraması yerində Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndələrinin istintaq və prosessual hərəkətləri başa çatıb. 

Regionpress.ge bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeydc edilib ki, Müdafiə Qüvvələrinin və Daxili İşlər Nazirliyinin bölmələrinin nümayəndələri ərazini tərk ediblər.

“İşdə obyektiv həqiqətin üzə çıxarılması məqsədilə bir neçə hektar ərazidə sutkanın 24 saatı sübutların toplanması istiqamətində müvafiq işlər aparılıb.

Məhkəmə-tibb ekspertlərinin iştirakı ilə qəza yerinə ətraflı baxış keçirilib. Təyyarənin hissələri müəyyən edilib və qara qutu aşkar edilib.

İstintaq çərçivəsində mühüm sənədlər götürülüb, şahidlər dindirilib. Mühəndis-texniki ekspertizası təyin edilib. Kimyəvi, ballistik və video-texniki ekspertizalar nəzərdə tutulub.

Hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən Baş Prokurorluğun nəzarəti altında istintaq və prosessual hərəkətlər davam etdirilir. Hadisə ilə bağlı 401-ci maddə ilə cinayət işi başlanıb.

“Müdafiə Nazirliyi Müdafiə Qüvvələrinin Aviasiya və Hava Hücumundan Müdafiə Komandanlığının pilotu polkovnik-leytenant Kaxaber Zurabaşvilinin vəfatı ilə bağlı dərin hüznlə kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına başsağlığı verir”, – deyə nazirlikdən bildirilib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments