14 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeMədəniyyətBolniskalakoba Bayramı: Gürcüstanın Bolnisi şəhərində Keçirilən Ənənəvi Bayram

Bolniskalakoba Bayramı: Gürcüstanın Bolnisi şəhərində Keçirilən Ənənəvi Bayram

Bolniskalakoba bayramı artıq illərdir ki, Gürcüstanın Bolnisi şəhərində böyük coşqu ilə qeyd olunur. Bu bayramın tarixi kökləri Bolnisi bölgəsinin kənd təsərrüfatı və mədəni ənənələrinə bağlıdır. Bolniskalakoba ilk dəfə Sovet dövründə, 1967-ci ildə qeyd olunmağa başlanıb və bu günə qədər hər il Bolnisi şəhərində böyük mərasimlərlə keçirilir. Bayramın əsas məqsədi Bolnisi bölgəsinin kənd təsərrüfatı məhsullarını, xüsusən üzümçülük və şərabçılığı təbliğ etmək, yerli mədəniyyətin və ənənələrin qorunub saxlanılmasıdır.

Bolniskalakoba bayramında ənənəvi olaraq Gürcüstanın müxtəlif bölgələrindən, eləcə də qonşu ölkələrdən gələn insanlar iştirak edir. Xüsusilə azərbaycanlı icması da bu bayramda fəal iştirak edir. Hər il keçirilən bayramda Gürcüstanın Bolnisi bölgəsində yaşayan sakinləridə öz güşələrini açaraq, öz mədəniyyətlərini, milli yeməklərini və adət-ənənələrini nümayiş etdirirlər. Bu güşələrdə azərbaycanlılar tərəfindən hazırlanan milli şirniyyatlar, dolma və digər yeməklər qonaqlara təqdim olunur, eyni zamanda azərbaycanlı musiqi və rəqs ifaları bayramın bir hissəsinə çevrilir.

Bu cür bayramlar Gürcüstanın müxtəlif etnik qruplarını bir araya gətirir və onların bir-birinin mədəniyyətini və ənənələrini daha yaxşı tanımasına şərait yaradır. Bolniskalakoba bayramı təkcə kənd təsərrüfatı uğurlarını deyil, həm də mədəni müxtəlifliyin və birgəyaşayışın təntənəsini qeyd edir.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments