17.5 C
Bolnisi
21.8 C
Rustavi
21.4 C
Marneuli
22.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeDünyaBu gün Amerika Birləşmiş Ştatları müstəqillik gününü qeyd edir

Bu gün Amerika Birləşmiş Ştatları müstəqillik gününü qeyd edir

Amerika Birləşmiş Ştatlarında bütün amerikalılar ölkənin müstəqilliyinin 248 illiyini qeyd edir.

4 iyul Müstəqillik Günü bayramının təməli 1776-cı ildə ABŞ-ın 13 koloniyasının İnqilab müharibəsi zamanı Böyük Britaniyadan müstəqillik əldə etməsi ilə qoyulub.

Bu gün ABŞ-da müstəqilik, İngiltərə asılılığından çıxdığı bir gün kimi ölkədə qeyd edilir. Amerikanların çoxu bu günü ABŞ-nin ad günü kimi, sadəcə tarixi deyərək “4 iyul günü” adlandırır. Rəsmi bayram ölkənin hər yerində atəşfəşanlıq, müxtəlif tipli karnavallar və ictimai tədbirlərlə qeyd edilir.

Bu gün artıq dünyada bəlli statusa malik olan Amerika Birləşmiş Ştatları Gürcüstanla strateji tərəfdaşdır və Gürcüstan ABŞ ilə əlaqələrin daha da inkişafına böyük önəm verir.

ABŞ Gürcüstanın ən ağrılı məsələsi olan və Abxaziya və Samaçablo münaqişəsinin beynəlxalq hüquq normaları və sülh yolu ilə həllinin tərəfdarıdır. ABŞ Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.

Müstəqillik günü Gürcstan da daxil olmaqla ABŞ-ın dünyadakı bütün diplomatik missiyalarında qeyd edilir.

Onu da qeyd edək ki, Böyük Britaniya ABŞ müstəqilliyini elan olunduğu gündən 30 il sonra qəbul edib.

Məlumat üçün bildirək ki, 1776-cı ilin iyul ayının 4-də Konqres Müstəqillik Deklarasiyasını qəbul edib, bu deklarasiyanı İkinci Qitə Konqresinin prezidenti Con Henk və Qitə Konqresinin katibi Çarlz Tomson imzalayıb.

O zaman müasir Amerika ərazisində şərq sahilində yerləşən 13 Britaniya koloniyasının sakinləri, ədalətsiz münasibətə görə ingilis kralı və parlamenti ilə müharibə aparırdı.

Müharibə 1775-ci ildə başlayıb. Hərb zamanı koloniya sakinləri anladılar ki, sadəcə ədalət üçün deyil, ingilis müstəmləkəsindən azad olmaq üçün mübarizə aparırlar. Bu koloniya rəhbərlərinin imzaladığı Müstəqillik Deklarasiyasında dəqiq qeyd edilmişdi.

İlk dəfə olaraq rəsmi sənəddə koloniyalar Amerika Birləşmiş Ştatları adlandırılıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments