ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp hazırkı administrasiyanın hərəkətləri səbəbindən yaxın 3-4 ay ərzində dünya müharibəsi riskinin yüksək olacağı barədə xəbərdarlıq edib.
Regionpress.ge bildirir ki, o, bu barədə Kaliforniyada keçirilən mitinqi zamanı deyib.
Tramp hazırkı hakimiyyətin qlobal münaqişəyə səbəb ola biləcəyindən narahatdır.
O, yenidən prezident seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəni tez bir zamanda həll edə biləcəyini və Yaxın Şərqdəki xaosa son qoyacağını deyib.


