Dünyanın aparıcı startap akseleratorları – “Startupbootcamp/Rainmaking”, “Plug”, “Play”, “UPTEC”, “Baltic Innovation Agency”, “USMAC”, “2080 Ventures”, “Startup Wise Guys”, “Avrasiyada 500 Global”, “German Accelerator” Tbilisidədir.
Bu barədə məlumatı Gürcüstanın İnnovasiyalar və Texnologiyalar Agentliyi yayıb.
Onların hesabatlarına görə, Gürcüstan İnnovasiyalar və Texnologiyalar Agentliyinin sədri Avtandil Kasradze startaplar üçün yeni vergi rejiminin tətbiqinə və biznesin inkişafının artırılmasına kömək edən “GITA 2.0” çərçivəsində hökumətin müəyyən etdiyi prioritetləri və yeni təşəbbüsləri təqdim edib.
Tədbirdə qeyd edilib ki, beynəlxalq akseleratorları qeyd olunan prosesdə rolu və iştirakı çox mühümdür. Bu, ölkənin innovasiya mərkəzi kimi transformasiyasını təmin edir.
Qlobal potensiala malik 200-dən çox innovativ startap Gürcüstanın İnnovasiyalar və Texnologiyalar Agentliyi tərəfindən maliyyələşdirilib və qrant məbləği 38 milyon lari təşkil edib. Nəticədə investisiya alan startaplar yarım milyard larilik özəl maliyyə mənfəəti əldə edib və 3000-ə qədər yeni iş yeri imkanı yaradıb.


