“Fəallar Gələcək Naminə” hərəkatının üzvü Elvin Kərimovun məhkəməsi bu gün , dekabrın 5 baş tutub .
Regionpress.ge xəbər verir ki, məhkəmə 8 günlük administrativ qaydada həbs olunması qərarını qəbul edib.
Qeyd edək ki, Tbilisidə dekabrın 3-də Rustaveli prospektində keçirilən etiraz aksiyası zamanı “Fəallar Gələcək Naminə” hərəkatının üzvü Elvin Kərimov saxlanılmışdır.Elvin Kərimov saxlanılan zaman ağır şəkildə fiziki təzyiqə məruz qalıb.Elvin Kərimovun həmkarlarının verdiyi məlumata görə, o, milliyətcə azərbaycanlı olduğuna görə, polislər ona tatari deyib təhqir edərək həm döyüb, həm də Elvinə “get sən haqqlarını Azərbaycanda tələb et, burda nə gəzirsən” ifadələri işlədiblər.


