12.2 C
Bolnisi
15.8 C
Rustavi
15.4 C
Marneuli
16.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeDünyaƏrdoğanın Dövlət Bağçalının Öcalanla bağlı çağırışına münasibəti

Ərdoğanın Dövlət Bağçalının Öcalanla bağlı çağırışına münasibəti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının PKK təşkilatının həbsdə olan lideri Abdullah Öcalanla bağlı çağırışına münasibət bildirib.

Regionpress.ge bu barədə Türkiyə KİV-ə istinadən xəbər verib.

Türkiyə prezidenti bildirib ki, Cümhur İttifaqı tərəfindən irəli sürülən təklif tarixi fürsətdir.

“Siyasi qurumlar, Türkiyə Böyük Millət Məclisi, vətəndaş cəmiyyəti, mətbuat və bütövlükdə millət olaraq terror və zorakılığın olmadığı bir Türkiyə qurmaq istəyirik” , – deyə Türkiyə lideri vurğulayıb.

Xatırladaq ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı bu gün diqqətçəkən açıqlama ilə yadda qalıb.

Terrorçu PKK təşkilatının həbsdə olan lideri Abdullah Öcalanı nəzərdə tutan MHP lideri “Onun təcrid olunması aradan qaldırılarsa, o, Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etməli və terrora son qoyduğunu açıq şəkildə bəyan etməlidir” cümləsini səsləndirib.

D. Bağçalı çıxışında onu da söyləyib ki, A. Öcalan PKK-nın siyasi qanadı sayılan DEM Partiyasının sıralarına qatılmalı və silahı yerə qoyduğunu bəyan etməli, terrorun tamamilə bitdiyini, təşkilatın ləğv edildiyini elan etməlidir.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments