17.1 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeÖlkəEstoniya parlamentinə "Gürcü Arzusu” partiyasına qarşı sanksiya layihəsi təqdim edilib

Estoniya parlamentinə “Gürcü Arzusu” partiyasına qarşı sanksiya layihəsi təqdim edilib

Riyqikoqunun (Estoniya parlamenti) Xarici Əlaqələr Komitəsinin üzvü Eerik-Niiles Krossun 44 deputatın adından “Gürcü arzusu”nun  hərəkətlərini pisləyən və digər məsələlərlə yanaşı, İvanişvilinin və hökumətin sanksiyasını, vizanın ləğvini tələb edən bəyanat layihəsi təqdim edilib. 

Regionpress.ge Estoniya parlamentinin mətbuata açıqlamasına istinadən bildirir ki, layihədə  Gürcüstanla azad rejim və dövlət layihələrinin maliyyələşdirilməsinin dayandırılması da qeyd edilib.

Bəyanatda bildirilir ki, Gürcüstan hökuməti və parlamenti Rusiya qanunlarına etiraz edənə qədər Gürcüstanın Avropa İttifaqına daxil olması ilə bağlı bütün sonrakı addımlar bloklanmalı, hökumət layihələrinin maliyyələşdirilməsi dayandırılmalı və vəsait vətəndaş cəmiyyətinin dəstəklənməsinə yönəldilməlidir.

Bundan əlavə, bəyanatda qeyd olunur ki, Gürcüstanla vizasız rejim müvəqqəti olaraq dayandırılmalı və Bidzina İvanişviliyə, nümayişçilərə qarşı zorakılıqda iştirak edən hüquq-mühafizə orqanlarının əməkdaşlarına, Gürcüstan hökumətinin nümayəndələrinə, Gürcüstanın lider və parlamentarilərinə qarşı sanksiyalar tətbiq edilməlidir. Həmçinin “Gürcü Arzusu” nümayəndələrinə Estoniyaya girişinə qadağa qoyulması tələb edilir.

Bəyanatın bu gün Riyqikoqunun plenar sessiyasına çıxarılaraq müzakirəsi və səsə qoyulacağı bildirilib

B

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments