Dekabrın 12-də Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.
Regionpress.ge xəbər verir ki, tədbirdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, GAİM-in icraçı direktoru Murad Muradov onun həyat və fəaliyyətindən, Gürcüstan-Azərbaycan münasibətlərinin inkişafındakı rolundan danışıb. Sonda iştirakçılar Heydər Əliyevin həyatından bəhs edən sənədli film izləyiblər.
Allah rəhmət eləsin!


