Gürcüstan millisinin qapıçısı Giorgi Mamardaşvili Gürcüstan – Çexiya matçının ən yaxşı oyunçusu seçilib.
Regionpress.ge Sportall.ge-yə istinadən bildirir ki, Mamardaşvili komandanı Çexiya ilə görüşdə 11 dəfə xilas edib ki, bu da son 20 ildə Avropa çempionatında ən yüksək göstəricidir.
Xatırladırıq ki, Avropa çempionatının ikinci turu çərçivəsində F qrupunda Gürcüstan və Çexiya yığmaları arasında keçirilən oyun 1:1 hesabı ilə başa çatıb.
Gürcüstan yığması növbəti oyununu iyunun 26-da Portuqaliya futbol komandasına qarşı keçirəcək.


