Gürcüstanda media azadlığının vəziyyəti 26 pillə geriləyib və ölkə hazırda 103-cü yerdədir.
Regionpress.ge bildirir ki, bu barədə “Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatının media azadlığının vəziyyətinin 2024-cü il reytinqində qeyd ediliib.
Sənəddə Gürcüstanda media azadlığının vəziyyəti “çətin” kimi qiymətləndirilir.
Gürcüstan 26 pillə geriləyərək 103-cü yerdə qərarlaşıb.
Hesabata görə, Avropa-Mərkəzi Asiya regionunda ən aşağı reytinqə Belarus (167-ci yer) və Türkmənistan (175-ci yer) malikdir.


