17.1 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeÖlkəGürcüstan-Rusiya sərhədindəki "Dəryal" nəzarət-buraxılış məntəqəsi fəaliyyətini bərpa edib (YENİLƏNİB)

Gürcüstan-Rusiya sərhədindəki “Dəryal” nəzarət-buraxılış məntəqəsi fəaliyyətini bərpa edib (YENİLƏNİB)

Gürcüstan-Rusiya sərhədindəki “Dəryal” nəzarət-buraxılış məntəqəsi adi rejimdə fəaliyyətini bərpa edib.

Regionpress.ge məlumat verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Hazırda Devdoraki dərəsində təhlükə səviyyəsi minimaldır”, – məlumatda deyilir.

xxx

12:47

Gürcüstan-Rusiya sərhədindəki “Dəryal” keçid məntəqəsi müvəqqəti olaraq bağlanıb.

Regionpress.ge bu bu barədə ölkənin Fövqəladə Hallar Xidməti məlumatına istinadən bildirir.

Qeyd edilib ki, bu gün detektorlar saat 08:36-da Devdoraki çayında suyun səviyyəsinin artdığını qeyd alıblar. Ərazidə xidmət aparan bütün əməkdaşlar təcili təxliyə ediliblər. Sərhəd polisi helikopteri əraziyə baxış keçirmək üçün qalxıb.

Məlumata görə, Qveleti kəndi yaxınlığında da hər iki istiqamətdə yol bağlanıb.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments