17.1 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeÖlkəGürcüstanda 199 109 şəxsin pasportu və şəxsiyyət vəsiqəsi yoxdur

Gürcüstanda 199 109 şəxsin pasportu və şəxsiyyət vəsiqəsi yoxdur

30 sentyabr 2024-cü il tarixinə Gürcüstanın 199 109 yetkin vətəndaşının Gürcüstan pasportu, elektron şəxsiyyət vəsiqəsi və ya qeyri-elektron şəxsiyyət vəsiqəsi yoxdur.

Regionpress.ge xəbər verir ki məlumat Ədliyyə Nazirliyinin Xidmətin İnkişafı Agentliyindən “Milli Hərəkat” fraksiyasının sədri Tina Bokuçava deputatın sualına cavab olaraq verilib.

Bundan əlavə, sənədə əsasən, sentyabrın 30-na olan məlumata görə, Gürcüstanda həm böyük, həm də azyaşlı olmaqla ümumilikdə 882 052 vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd yoxdur.

Qurumdan millət vəkilinə verilən məlumata görə, sentyabrın 30-na olan məlumata görə, ümumilikdə 458 234 vətəndaş Gürcüstanın aktiv vətəndaşı pasportuna malikdir. Onların 293 863-ü böyüklər, 164 371-i isə yetkinlik yaşına çatmayanlardır.

Elektron şəxsiyyət vəsiqəsi olan vətəndaşların sayına gəlincə, rəsmi məlumatlara görə, ümumilikdə 3 milyon 345 min 274 vətəndaşın sənədi var. Onların 3 203 702 nəfəri böyüklər, 141 572 nəfəri isə yetkinlik yaşına çatmayan vətəndaşlardır.

Bundan başqa, sənədə əsasən, ölkədə 395 vətəndaşın qeyri-elektron şəxsiyyət vəsiqəsi var.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments