Gürstanda elektrik enerjisi idxalı təxminən 4 dəfə artıb.
Regionpress.ge Saxstat-ın məlumatına istinadən bildirir ki, görə, ötən ilin yanvar-iyun aylarında ölkəyə 768 min dollar, bu ilin eyni dövründə isə 3,06 milyon dollar dəyərində elektrik enerjisi idxal edilib.
Bu il elektrik enerjisinin ən böyük hissəsi, yəni 2,59 milyon dolları Azərbaycandan, qalan 470 min dolları isə Rusiyadan idxal edilib.
İxracata gəlincə, bu ilin altı ayında Gürcüstanda istehsal olunmuş elektrik enerjisi 36,35 milyon dollar, ötən ilin eyni dövründə isə 53,38 milyon dollar olub.
Bu ilin yanvar-iyun aylarında ən çox elektrik enerjisi Türkiyəyə ixrac edilib. Türkiyənin elektrik enerjisi ixracında payı 83% təşkil edib. Daha dəqiq desək, Gürcüstandan elektrik enerjisi ixrac edilən ölkələr belə görünür:
- Türkiyə – 30,11 milyon ABŞ dolları;
- Ermənistan – 4,09 milyon ABŞ dolları;
- Azərbaycan – 2,08 ABŞ dolları;
- Rusiya – 64,9 min dollar.


