Böyük Britaniyanın nüfuzlu şirkətlərindən biri olan “SAVANTA” tərəfindən ictimai rəy sorğusu aparılıb.
Regionpress.ge-nin verdiyi məlumata görə, bu sorğu “Media Azadlığı Fondu”nun sifarişi ilə “Mtavari Arxi” teleşirkəti üçün təşkil olunub. Respondentlərə “Əgər sabah parlament seçkiləri keçirilsəydi, hansı partiyaya səs verərdiniz?” sualı verilib. Sorğunun nəticələrinə görə, hakim partiya 36% səslə önə çıxsa da, ümumi müxalifət partiyaları birlikdə 64% səs toplayıb. Sorğu nəticələrinə əsasən partiyaların reytinqləri belədir:
● “Gürcü arzusu – Demokratik Gürcüstan” – 36%;
● “Dəyişiklik naminə koalisiya – Qvaramia, Melia, Qirçi, Droa” – 18%;
● Birlik: “Milli Hərəkat, Quruculuq Strategiyası, Avropa Gürcüstanı” – 14%;
● “Qaxaria – Gürcüstan üçün” – 10%;
● Güclü Gürcüstan: “Lelo”, “Vətəndaşlar üçün Aleko Elisaşvili”, “Azadlıq Meydanı” – 8%;
● Girçi (İago Xviçia) – 3%;
● “Vətənpərvərlər Alyansı” / “Alt Info” – 3%; ● “Leyborist Partiyası” – 2%;
● Digər partiyalar – 6%.
Gürcüstanda 18 yaş və yuxarı səsvermə hüququna malik 1561 nəfər arasında təsadüfi seçmə ilə üzbəüz sorğu keçirilib. Bildirilib ki, sorğunun mümkün statistik səhv payı +/- 2,48%-dir.


