Seçkilər parlament binası qarşısında etiraz aksiyaları fonunda baş tutur.
Regionpress.ge xəbər verir ki, səsvermə saat 14:00-dək davam edəcək.
Gürcüstan parlamentində seçkilər zamanı “sarı təhlükəsizlik səviyyəsi” tətbiq edilib. Bu, yalnız seçki kollegiyasının üzvlərinin, səlahiyyətli şəxslər tərəfindən dəvət olunanların və xüsusi akkreditasiyadan keçmiş jurnalistlərin binaya buraxılması deməkdir.
Seçkiləri Mərkəzi Seçki Komissiyası təşkil edir. İclas zalında artıq səsvermə üçün xüsusi qutular quraşdırılıb.
Bütün proses parlamentin rəsmi internet səhifəsində və sosial şəbəkələrdə canlı yayımlanacaq. Seçkilərin nəticələri Gürcüstan Mərkəzi Seçki Komissiyasının iclasında açıqlanacaq.


