Gürcüstanın “Georgian Airways” aviaşirkəti Tbilisi (Gürcüstan) – Meilan (Çin) – Türkmenabat (Türkmənistan) – Tbilisi (Gürcüstan) marşrutu üzrə yük aviareyslərinə başlayıb.
Bu barədə Türkmənabad Beynəlxalq Hava Limanının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, yeni beynəlxalq yükdaşıma əlaqəsi Türkmənistan ilə Gürcüstan arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində daha bir mühüm addım olacaq. (Report)


