Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze və Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili ilə birlikdə FIFA prezidenti Canni İnfantino ilə görüşüb.
Hökumət Administrasiyasının mətbuat xidmətinin məlumatına görə, görüşdə Gürcüstan hökumətinin futbolun populyarlaşması istiqamətində atdığı addımlar müzakirə olunub.
“Söhbətdə gələcək planlardan, o cümlədən 70 min azarkeş tutumuna malik beynəlxalq səviyyəli yeni stadionun tikintisinin planlaşdırılması məsələsindən danışılıb. Həmçinin Gürcüstanın 20 yaşadək gənclər arasında dünya çempionatına ev sahibliyi etmək üçün müraciəti də müzakirə olunub.
Nümayəndə heyəti ilə birlikdə Gürcüstanda olan Canni İnfantino FIFA vəsaiti hesabına tikilən obyektlərə baş çəkib.
Regionpress.ge xəbər verir ki, federasiya prezidenti Gürcüstanın Baş nazirinə simvolik hədiyyə – FIFA köynəyi təqdim edib,” – Gürcüstan hökumətinin məlumatında qeyd olunur.


