Gürcüstanın futbol komandası bu gün Avropa çempionatında Çexiya yığması ilə qarşılaşacaq.
Regionpress.ge məlumat verir ki, Hamburqda keçiriləcək qarşılaşma Tbilisi vaxtı ilə saat 17:00-da başlayacaq .
İyunun 26-da Gürcüstan yığması Gelzenkirxendə Portuqaliya yığması ilə qarşılaşacaq.
Avropa çempionatının ilk oyununu Gürcüstan millisi Türkiyəyə qarşı keçirib və 1:3 hesabı ilə məğlub olub.
AVRO 2024 oyunlarının açıq şoularını Gürcüstanın bütün şəhərlərində böyük ekranlarda görmək mümkündür. Bundan əlavə, məlum olduğu kimi, Gürcüstan millisinin bütün oyunları Mixail Mesxi adına stadionda nümayiş olunur.


