Oktyabrın 22-dək Qərbi Gürcüstanda yağış, bəzi yerlərdə intensiv olacağı, dağlıq və yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Regionpress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Məlumata görə, şimşək çaxacağı, küləyin güclənəcəyi, dənizdə 3-4 bal gücündə fırtına gözlənilir.
“Gözlənilən yağıntılar Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, dağlıq və yüksək dağlıq ərazilərdə sürüşmə proseslərinin başlamasına və aktivləşməsinə səbəb ola bilər. Təhlükə səviyyəsi orta səviyyədədir”, – məlumatda deyilir.


