17.1 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeÖlkəHökumət MSK-nın müraciəti əsasında oktyabrın 25-ni istirahət günü elan edib

Hökumət MSK-nın müraciəti əsasında oktyabrın 25-ni istirahət günü elan edib

Gürcüstan hökuməti Mərkəzi Seçki Komissiyasının müraciəti əsasında oktyabrın 25-ni qeyri iş günü elan edib.
Hökumətin qərarı MSK-nın müraciəti əsasında qəbul edilib və ona əsasən, seçki məntəqələri dövlət ümumtəhsil məktəblərində və uşaq bağçalarında yerləşdiyindən iş günlərindəki fəaliyyət seçki məntəqələrinin vaxtında təşkilinə mane ola bilər.
MSK izah edir ki, Gürcüstan parlamentinin növbəti seçkiləri üzrə məntəqə seçki komissiyalarının lazımi fəaliyyəti üçün səsvermədən bir gün əvvəl seçki məntəqələrində müvafiq inventar və avadanlıqlar yerləşdiriləcək.
3031 seçki məntəqəsindən 483 seçki məntəqəsi uşaq bağçası binalarında, 1675 seçki məntəqəsi dövlət məktəblərinin binalarında, 873 seçki məntəqəsi isə digər təyinatlı binalarda yerləşir.
Xüsusilə seçki məntəqələrinin yerləşdiyi dövlət ümumtəhsil məktəblərində və uşaq bağçalarında iş günlərində seçki məntəqələrinin vaxtında və dinc şəkildə təşkilinə mane ola biləcək müxtəlif iş və tədbirlərin həyata keçirildiyini nəzərə alaraq, 25 oktyabr qeyri iş günü elan edilməsi xahiş olunur.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments