Marneuli bələdiyyəsində iki yaşlı uşaq vəfat edib. Mövcud məlumatlara görə, onun üzərinə tikinti materialı düşüb.
Regionpress.ge bildirir ki, hadisə dünən, 11 noyabr tarixində baş verib.Gürcüstan Daxili İşlər Nazirliyi məsələ ilə bağlı Cinayət Məcəlləsinin 116-cı maddəsi üzrə – ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə araşdırma başlayıb. Bu cinayət 6 aydan 2 ilə qədər ev dustaqlığı və ya 2 ildən 4 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


