14 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeMədəniyyətİlya Çavçavadzeyə azərbaycanlıdan tarixi hədiyyə

İlya Çavçavadzeyə azərbaycanlıdan tarixi hədiyyə

İlya Çavçavadze adına Saquramo Dövlət muzeyi

İlya Çavçavadze (8 noyabr 1837, Kvareli – 12 sentyabr 1907, Tsitsamuri) Gürcüstanın milli şairi, yazıçısı, hüquqşünası və ictimai xadimi olmuşdur. O, Kaxetinin Kvareli kəndində zadəgan ailəsində dünyaya göz açmışdır. Çavçavadze Tiflis gimnaziyasında təhsil aldıqdan sonra, təhsilini davam etdirmək üçün Rusiyanın Sankt-Peterburq Universitetinə yollanmışdır. Burada hüquq üzrə təhsil alsa da, Çavçavadzenin əsas məqsədi Gürcüstan xalqının maariflənməsi və milli oyanış hərəkatının inkişafına töhfə vermək olmuşdur.

İlya Çavçavadze, yaradıcılığı və siyasi fəaliyyəti ilə gürcü xalqının milli kimliyini qorumaq, dili və mədəniyyətini inkişaf etdirmək yolunda əhəmiyyətli işlər görmüşdür. O, Gürcüstanın müstəqilliyi, gürcü dilinin və mədəniyyətinin qorunması üçün daim çalışmış, həm yazdığı əsərləri, həm də təşkil etdiyi maarifləndirici layihələrlə xalqın milli ruhunu yüksəltmişdir. 1877-ci ildə “İveriya” adlı jurnal təsis edərək gürcü xalqının milli və sosial məsələlərini gündəmə gətirmişdir.

İlya Çavçavadzenin xatirəsinə ithaf edilən ev muzeyi Mçxeta rayonunun Saquramo kəndində yerləşir. Muzeydə şairin şəxsi əşyaları, əlyazmaları və yaradıcılığına dair müxtəlif eksponatlar saxlanılır. Muzeyin ən maraqlı eksponatlarından biri isə Rustavi şəhərində yaşayan azərbaycanlı bir usta tərəfindən “ilaoba” festivalında Çavçavadzeyə hədiyyə edilmiş tardır. Bu musiqi aləti iki xalq arasında mədəni əlaqələrin rəmzi olaraq muzeydə xüsusi yer tutur.

Saquramo kəndində yerləşən bu muzey yalnız Gürcüstan vətəndaşları üçün deyil, həm də xarici ziyarətçilər üçün maraqlı bir məkandır. Burada həm Çavçavadzenin mirası ilə tanış olmaq, həm də Gürcüstan-Azərbaycan mədəni əlaqələrinin dərinliyini görmək mümkündür

Qeyd edək ki,şair burada 1895-1907-ci illərdə yaşayıb və yaradıcılıqla məşqul olub

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments