18 C
Bolnisi
20.8 C
Rustavi
20.4 C
Marneuli
21.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeDünyaİlya Darçiaşvili: Gürcüstan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü dəstəkləyir

İlya Darçiaşvili: Gürcüstan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü dəstəkləyir

Gürcüstan ilə Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Azərbaycan bizim üçün yalnız yaxşı qonşu və dost ölkə deyil, eyni zamanda, çox yaxşı strateji tərəfdaşdır.

Regionpress.ge məlumat verir ki, bu sözləri Tbilisidə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirdiyi görüşdən sonra brifinqdə deyib.

O qeyd edib ki, hər iki ölkə enerji, nəqliyyat, logistika və digər sahələrdə səmərəli əməkdaşlıq edir.

Regional sülhün əldə olunması məsələsinə toxuna nazir deyib ki, Gürcüstan Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması üçün əlindən gələni edəcək.

“Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi iqtisadi layihələr təkcə bizim üçün deyil Avropa üçün də mühüm əhəmiyyət kəsb”, – deyə lya Darçiaşvili vurğulayıb. (AZƏRTAC)

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments