17.5 C
Bolnisi
21.8 C
Rustavi
21.4 C
Marneuli
22.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeÖlkəİrakli Kobaxidze Potidə yeni açılmış avarçəkmə bazasında olub

İrakli Kobaxidze Potidə yeni açılmış avarçəkmə bazasında olub

Gürcüstanın baş naziri İrakli Kobaxidze Nazirlər Kabinetinin üzvləri ilə birlikdə Potidə yeni açılmış avarçəkmə bazasına baxış keçirib.

Regionpress.ge xəbər verir ki, hökumət başçısı bazanın infrastrukturu ilə tanış olub, idmançılarla görüşüb, nümayiş yarışında iştirak edib.

İrakli Kobaxidze qeyd edib ki, idmanın inkişafının maksimum təşviqi Gürcüstan hökumətinin prioritetidir.

“Avarçəkmə bazası bu idman növünün daha da inkişafına töhfə verəcək çox mühüm obyektdir. Son illər bu sahədə kifayət qədər uğurlar əldə etmişik və bizə daha çox uğur lazımdır. Bu infrastruktur obyekti bu idman növündə uğurlarımıza daha da töhfə verəcək. Bu layihənin həyata keçirilməsində əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Tea Tsulukianinin işlədiyi dövrdə bu ideya ortaya çıxdı və bu layihənin həyata keçirilməsinə başlandı. Tea Tsulukianiyə, eləcə də bu layihənin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkür etmək istəyirəm”. – baş nazir bildirib.

Beynəlxalq standartlara cavab verən avarçəkmə və kanoe bazasında idmançılar üçün məşq, yaşayış və inzibati otaqlar var. Layihənin büdcəsi 6 628 698 lari təşkil edir.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments