17.5 C
Bolnisi
21.8 C
Rustavi
21.4 C
Marneuli
22.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeDünyaKanada Gürcüstan ilə münasibətlərə yenidən baxacaq

Kanada Gürcüstan ilə münasibətlərə yenidən baxacaq

26 Oktyabrda keçirilən parlament seçkilərindən sonra Kanada Gürcüstan rəhbərliyi ilə münasibətlərinə yenidən baxmaq niyyətindədir.

Regionpress.ge xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında deyilir.

Qeyd olunub ki, Kanada 2024-cü il oktyabrın 26-da ölkənin Mərkəzi Seçki Komissiyasının elan etdiyi parlament seçkilərinin rəsmi nəticələrini nəzərə alıb. 

“Kanada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və digər qərəzsiz müşahidəçilər tərəfindən bildirilən seçicilərin təhdid edilməsi, səs rüşvətxorluğu və digər sui-istifadə hallarından narahatdır. Bu araşdırılmalı və həll edilməlidir. Kanada azad, ədalətli və müstəqil seçkilərin demokratik cəmiyyətin təməl daşı olduğuna qətiyyətlə inanır” , – qeyd olunub.

Bu baxımdan Ottava G7 və Avropa ilə razılaşdırılaraq Gürcüstan rəhbərliyi ilə münasibətlərinə yenidən baxacaq: 

“Biz bütün tərəfləri sakit olmağa, Gürcüstan hakimiyyətini isə dinc etirazlar kontekstində insanların hüquq və təhlükəsizliyinə hörmət etməyə çağırırıq”, – bəyanatında deyilir.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments