14 C
Bolnisi
13.8 C
Rustavi
13.4 C
Marneuli
14.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeMədəniyyətKinorejissor həbs edildi

Kinorejissor həbs edildi

İran məhkəməsi məşhur kinorejissor Məhəmməd Rəsulofu 8 il müddətinə azadlıqdan məhrum edib.

Mayın 8-də onun vəkili Babək Faxniya sosial şəbəkədə müvəkkilinin cəmi 5 il həbsdə qalacağını, lakin cərimələnəcəyini və əmlakının müsadirə olunacağını açıqlayıb.

Məlumata görə, Məhəmməd Rəsulof “milli təhlükəsizliyə qarşı sui-qəsd” ittihamı ilə mühakimə olunub.

Qərb hüquq müdafiəçiləri və kino sənayesinin nümayəndələri İranın Rəsulova qarşı hərəkətlərini pisləyib və onun azadlığa buraxılmasını tələb ediblər.

Rəsulovun “Müqəddəs əncir toxumu” filmi bu ay Kann Film Festivalında nümayiş etdiriləcək. Rejissor 2020-ci ildə Berlin Film Festivalında əsas mükafatı “Şər deyə bir şey yoxdur” filminə görə qazanıb. Film İranda ölüm hökmü və zülm altında olan insanların azadlıqları mövzusu ilə bağlı dörd hekayədən bəhs edir. (Faxnia)

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments