11 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Çərşənbə axşamı, Aprel 21, 2026
HomePoliticsKomitə 67 saniyə ərzində “Agentlər haqqında qanun”u üçüncü oxunuşda qəbul edib

Komitə 67 saniyə ərzində “Agentlər haqqında qanun”u üçüncü oxunuşda qəbul edib

Milli Məclisin Hüquq məsələləri komitəsinin iclasında “Agentlər haqqında qanun” üçüncü oxunuşda müzakirə edilərək dəstəklənib. Parlament binası ətrafında polis səfərbər olunduğundan müxalifətçi deputatlar iclasa vaxtında daxil ola bilməyiblər. İclasda “Gürcü arzusu” fraksiyasının üzvləri ilə yanaşı, parlamentin siyasi qrupunun sədri, “Avropa sosialistləri” Fridon İncia da iştirak edib.

Sessiyada hüquq məsələləri üzrə komitənin sədri Anri Oxanaşvili izah edib ki, üçüncü oxunuşda qanun layihəsində məzmun dəyişikliyinə baxılmayacaq, yalnız redaksiya xarakterli dəyişikliklər mümkündür.

“Sualın, iradın, fikrin varmı?” Suallar, iradlar, rəylər yoxdur”, – deyə Oxanaşvili bildirib, daha sonra qanun layihəsinin plenar iclasa çıxarılması məsələsi səsə qoyularaq qəbul edilib. Komitənin iclası 67 saniyə davam edib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments