29 noyabr – 1 dekabr tarixlərində Gürcüstanın Kutaisi şəhərində Əməkdar idman ustası, ikiqat dünya və Avropa çempionu Teymuraz Apxazavanın xatirəsinə həsr olunmuş U15 və U17 yaşlılar arasında Yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib. Turnirdə Gürcüstanın müxtəlif bölgələrindən, həmçinin Polşa, Macarıstan, Estoniya, Latviya, Litva və Ermənistandan 400-dən çox idmançı iştirak edib.
Regionpress.ge xəbər verir ki, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin yetirməsi Hüseyn Mansurov 55 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, finalda Ermənistan idmançısını 9:0 hesabı ilə məğlub edib və 1-ci yerə layiq görülüb.


