Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Tbilisidəki “Alyans” Gənclər Mərkəzinin layihəsi çərçivəsində, COP29 konfransının önəmi barədə Marneuli şəhərində məlumatlandırıcı aksiya keçirilib. Aksiya Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) tələbələri və gəncləri tərəfindən təşkil edilib.
Regionpress.ge məlumatına əsasən, Bakıda keçirilən COP29 konfransı ilə bağlı Azərbaycan və gürcü dillərində çap olunmuş bukletlər Marneuli şəhərinin sakinlərinə, məktəb şagirdlərinə və gürcü ictimaiyyətinə təqdim edilib. Bu təşəbbüs, ekoloji məsələlərə diqqət çəkmək və yerli icmanı qlobal iqlim dəyişikliyi barədə məlumatlandırmaq məqsədini daşıyır.


