13.6 C
Bolnisi
14.8 C
Rustavi
14.4 C
Marneuli
15.1 C
Gardabani
Cümə, Aprel 24, 2026
HomeRegion təşkilatlar və elanlarMarneulidəki Gürcüstan Azərbaycanlılarının Gənc Güləşçiləri Axmetada Medallar Qazandı

Marneulidəki Gürcüstan Azərbaycanlılarının Gənc Güləşçiləri Axmetada Medallar Qazandı

8-10 noyabr tarixlərində Axmeta şəhərində keçirilən Yunan-Roma güləşi üzrə açıq birincilikdə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) yetirmələri uğurla çıxış edərək medallar qazanıblar. GAİM-in icraçı direktoru Murad Muradov bildirib ki, bu nailiyyət mərkəzin Təlim-İdman Kompleksində keçirilən intensiv məşqlərin nəticəsidir. Hazırda GAİM-in idman bölməsində 35 gənc, Elçin Mustafayevin rəhbərliyi altında Yunan-Roma güləşinin sirlərini öyrənməkdədir.

Muradov qeyd edib ki, bu kimi yarışlara qatılmaqla məqsəd gənc güləşçilərin hazırlıq səviyyəsini qiymətləndirmək və respublika birinciliklərində mərkəzin yığma komandasının heyətini formalaşdırmaqdır. Axmetada keçirilən yarışlarda iştirak edən GAİM-in 7 güləşçisindən 3-ü fərqlənərək müxtəlif əyyarlı medallar qazanıb:

Raul Sadıqov – II yer

Cəsur Mustafayev – III yer

Ömər Mursaqulov – III yer

Yarışa qatılan bütün idmançılara sertifikat təqdim olunub. GAİM rəhbərliyi və komanda yoldaşları onları təbrik edir və gələcək uğurlar arzulayır.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments