Marneulidə Ədliyyə Evinin yaxınlığında avtomobil qəzası baş verib
Bu gün yerli vaxtla 13:35 radələrində Regionpress.ge saytının redaksiyasına daxil olan məlumata əsasən, Marneuli şəhərində, Ədliyyə Evinin yaxınlığında yol-nəqliyyat hadisəsi qeydə alınıb. İlkin məlumata görə, yaralanan və ölən yoxdur.
Polis hadisənin başvermə səbəblərini araşdırır. İlkin ehtimallara görə, qəzanın səbəbi sürət həddinin aşılması və ya yol hərəkəti qaydalarının pozulması ola bilər.


