8.8 C
Bolnisi
6.8 C
Rustavi
6.4 C
Marneuli
7.1 C
Gardabani
Cümə, Aprel 24, 2026
HomeÖlkəMarneulidə hansı yerlərdə küçə işıqları quraşdırılacaq?

Marneulidə hansı yerlərdə küçə işıqları quraşdırılacaq?

Marneuli meriyası Marneuli şəhərində küçələrin və Marneuli bələdiyyəsinin iki kəndinin işıqlandırıması üçün tender elan edib.

Regionpress.ge”Marneuli” Radiosuna istinadən bildirir ki, Hallavar, Qızılhacılı kəndlərində küçə işıqlarının qurulması işlərinin alqı-satqısı üçün 299 284 lari dəyərində tender elan edib.

Tender sənədlərinə görə, küçə işıqları Marneulinin 12 küçəsində quraşdırılacaq. Həmin kəndlər aşağıdakılardır.

  • Nərimanov küçəsi
  • Nizami Küçəsi
  • Rustaveli küçəsi
  • Sayatnova küçəsi
  • Sulxan-Saba küçəsi
  • Qurbanov küçəsi
  • Candar qəsəbəsi
  • Keçmiş #1 hərbi məntəqə
  • Marneuli şəhər #1 küçənin sonuncu hissəsi
  • İ.Beritaşvili küçəsi
  • Borçalı küçəsi
  • Musxelişvili küçəsi

Hallavar kəndində mərkəzi küçədə küçə işıqları quraşdırılacaq.

Qızılhacılıda isə 9 məhəllədə küçə işıqları quraşdırılacaq:

  • Qızılhacılı kəndi Bakı küçəsi (I, II, III döngələr)
  • Qızılhacılı kəndi Tbilisi küçəsi (I, II, III döngələr)
  • Qızılhacılı kəndi Qoqebaşvili küçəsi
  • Qızılhacılı kəndi Tsereteli küçəsi
  • Qızılhacılı kəndi Çavçavadze küçəsi
  • Qızılhacılı kəndi Mehti Hüseyn küçəsi
  • Qızılhacılı kəndi Paliaşvili küçəsi
  • Qızılhacılı kəndi Dumbadze küçəsi
  • Qızılhacılı kəndi Meqobroba küçəsi.

Küçə işıqlarının quraşdırılması ilə bağlı tenderdə iştirak etmək istəyən şirkətlər 27 iyun tarixindən 2 iyul tarixinə qədər iştirak edə bilərlər. Qalib şirkət müqavilə bağlandıqdan sonra 27 gün ərzində işləri təhvil verməlidir.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments