12.2 C
Bolnisi
15.8 C
Rustavi
15.4 C
Marneuli
16.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeÖlkəMüxalifət nümayəndəsi Laşa Parulava MSK-nın iclasından çıxarıldı

Müxalifət nümayəndəsi Laşa Parulava MSK-nın iclasından çıxarıldı

Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri «Vahid- Milli Hərəkat» birliyinin nümayəndələrindən biri olan Laşa Parulavanı bu gün seçkilərin keçirilməsinə dair şikayətlərin müzakirə edildiyi komissiya iclasından çıxarılıb. Bu barədə Gürcüstanın «Radio Svoboda» xidməti məlumat verib.

«Bu, səsvermə deyildi, bu, Gürcüstanda həyata keçirilmiş bir Rusiya xüsusi əməliyyatı idi. Ölkədə demokratiya ləğv edildi, siyasi birliklər dağıdıldı və buna görə məsuliyyəti siz daşıyırsınız, cənab Georgi, və siz də, cənab Georgi Cavaxişvili», – deyə Parulava MSK sədri Georgi Kalandarişviliyə və katib Georgi Cavaxişviliyə müraciət edib.

«Siz baş saxtakarlar və bu seçkiləri zəbt edənlərsiniz», – deyə o, onlara bildirib.

Regionpress.ge xəbər verir ki, Kalandarişvili onu xəbərdar etdikdən sonra əvvəlcə onun mikrofonu söndürüldü, sonra isə sədr onu zaldan çıxardı. Mühafizəçilər onu güc tətbiq edərək zaldan çıxardılar.

Mərkəzi Seçki Komissiyasında şikayətlərin araşdırılması davam edir.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments