12.2 C
Bolnisi
15.8 C
Rustavi
15.4 C
Marneuli
16.1 C
Gardabani
Çərşənbə, Aprel 22, 2026
HomeDünyaNorveçdə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə çıxışı məhdudlaşdırılmağı planlanır

Norveçdə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə çıxışı məhdudlaşdırılmağı planlanır

Norveç hökuməti 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdıran qanun layihəsi hazırlayır.

Regionpress.ge Report-a istinadən xəbər verir ki, bunu Norveçin Baş naziri Yonas Qar Störe VG-yə müsahibəsində deyib.

Hazırda ölkədə yaş məhdudiyyəti mövcuddur. 

Belə ki, sosial şəbəkələrdən istifadəyə 13 yaşdan icazə verilir. Bununla belə, Norveç Media Təşkilatının araşdırmasına görə, 9-11 yaşlı uşaqların yarısından çoxu hələ də bu platformalardan fəal şəkildə istifadə edir.

Baş nazir vurğulayıb ki, dövlət uşaqları alqoritmlərin gücünün təsirindən qorumaq üçün müdaxilə etməyə borcludur.

“Uşaqları sosial mediadakı zərərli məzmundan qorumaq lazımdır. Böyük texnologiya nəhəngləri kiçik uşaqların beyninə qarşı çıxır. Bunun çətin bir döyüş olduğunu bilirik”, – o, əlavə edib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments