Noyabrın 26-da, Gürcüstanın Marneuli şəhərində yerləşən Tea House-da Azərbaycan mədəniyyətinin qiymətli parçası olan kəlağayı sənətinə həsr olunmuş “Kəlağayı Guşəsi”nin açılışı keçirilib. Tədbir “İnkişaf və Təhsil Mərkəzi” və “Mirvarid Dilbazi Poeziya Məclisi” tərəfindən təşkil edilib.
Regionpress.ge xəbər verir ki, açılış mərasimində Emin Əhmədov, Savalan Osmanlı və Nurlana Məmmədova çıxış ediblər. Onlar kəlağayı sənətinin əhəmiyyətini və bu cür mədəni təşəbbüslərin gənc nəsillərin öz mədəni irslərini daha dərindən öyrənmələri və yaşatmaları üçün vacibliyini vurğulayıblar.
Qeyd edək ki, tədbirdə 50-dən çox müxtəlif növ kəlağayı nümayiş etdirilib.


