9.4 C
Bolnisi
9.8 C
Rustavi
9.4 C
Marneuli
10.1 C
Gardabani
Cümə axşamı, Aprel 23, 2026
HomeÖlkəNoyabrın 4-də Rustaveli prospektində aksiya - müxalifətin planları nədən ibarətdir?

Noyabrın 4-də Rustaveli prospektində aksiya – müxalifətin planları nədən ibarətdir?

Müxalifət noyabrın 4-də, saat 19:00-da Rustaveli prospektində aksiya elan edəcək. Müvafiq bəyanatla müxalifət liderləri ilə birgə mətbuat konfransında “Güclü Gürcüstan” liderlərindən biri Ana Dolidze çıxış edib.

Regionpress.ge xəbər verir ki,mitinqdə müxalifətin fəaliyyət planı açıqlanacaq.

Ana Dolidzenin sözlərinə görə, müxalifətin əsas vəzifəsi oktyabrın 26-da keçiriləcək parlament seçkilərini qeyri-legitim kimi tanımaqdır.

“Biz bazar ertəsi, saat 19:00-da Rustavelidə görüşəcəyik və orada sizə geniş şəkildə fəaliyyət planı barədə məlumat verəcəyik, necə – qanuna görə, qanuna uyğun olaraq, qanuni, dinc, lakin mütəşəkkil şəkildə etirazımız davam edəcək, “, Ana Dolidze bildirib.

Müxalifətin “Güclü Gürcüstan”ın ofisində keçirilən toplantısında “Birlik-Milli Hərəkat”, “Dəyişiklik Koalisiyası” və “Güclü Gürcüstan” liderləri iştirak edib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments